Operativ Məlumat Mərkəzi

Bakıda yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələr təmizlənib

2 dəq
Paylaş:
Bakıda yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələr təmizlənib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti yanğına səbəb olan ot, kol-kos və tullantıları sahələrin təmizlənməsini təmin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirləri davam etdirir. Bu çərçivədə, yaratdığı yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, Bakı şəhəri, Xətai rayonunun 8 Noyabr prospekti, Zığ şossesi və Məhəmməd Hadi küçəsi 83 ünvanında, Yasamal rayonunun Şərifzadə küçəsində, Sumqayıt şəhərindəki “Socar Polymer” zavodunun ərazisində, Saatlı şəhərinin Nizami küçəsində, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 26-cı km-də magistral yolun kənarında, Yardımlı şəhərinin küçəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax