Operativ Məlumat Mərkəzi

Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb

2 dəq
Paylaş:
Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb

edənləri polis saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.


Paytaxtın Sabunçu rayonunda evlərin birindən 7830 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı qadın müəyyən saxlanılıb.

Sumqayıtda da oxşar hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 2500 manat pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı X.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan olan heroin də aşkar olunaraq götürülüb.

Suraxanı rayonunda isə bir avtomobildən 800 manat pul, 2 ədəd mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı T.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun axtarışda olması da məlum olub. Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax