Operativ Məlumat Mərkəzi

Bakıda toyda zəhərlənən 32 nəfər evə buraxılıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Bakıda toyda zəhərlənən 32 nəfər evə buraxılıb - YENİLƏNİB

19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) qida zəhərlənməsi diaqnozu ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

***

Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zəhərlənmənin Venesiya sarayında olduğu bildirilir.

TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax