Əsas məzmuna keç

Bakıda TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir

Bakıda TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir

tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər...

Bakı Konqres Mərkəzində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların edilməsi üzrə Nazirlərinin İkinci İclası öz işinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edirlər.

TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının keçirilməsində məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.

Günün ikinci yarısında isə Ələt qəsəbəsində “Bakı 2023” təlimi keçiriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…