Operativ Məlumat Mərkəzi

Bakıda sürüşmə baş verib, ərazi nəzarətə götürülüb - FOTO

1 dəq
Paylaş:
Bakıda sürüşmə baş verib, ərazi nəzarətə götürülüb - FOTO
Bakı Kənar Dairəvi yolda qaya parçalarının sürüşməsinin qarşısı alındı. DYP-nin təcili müdaxiləsi.

Bakı yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax