Operativ Məlumat Mərkəzi

Bakıda şəhid bulağından oğurluq edilib

1 dəq
Paylaş:
Bakıda şəhid bulağından oğurluq edilib

Paytaxtın Nizami rayonunda silsilə hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, şəxs müxtəlif vaxtlarda rayon ərazisində şəhidlərin xatirəsinə bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax