Operativ Məlumat Mərkəzi

Bakıda "Prius" aşıb

1 dəq
Paylaş:
Bakıda "Prius" aşıb

Bakıda zəncirvari qəza olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə paytaxtın küçəsində alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı idarəetmədən çıxıb və yolun kənarında " Elantra" markalı maşına çırpılıb. "Hyundai Elantra" markalı avtomobil isə qarşıda dayanmış "Toyota Prius"la toqquşub. Həmin maşın isə digər "Hyundai Elantra" markalı avtomobilə çırpılıb.

Bundan başqa, qəza törədən "Toyota Prius" aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, hər 4 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, qəza törədən "Toyota Prius" markalı maşını idarə edən sürücü sərxoş vəziyyətdə olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax