Operativ Məlumat Mərkəzi

Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

2 dəq
Paylaş:
Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

Bu gün Bakıda Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” işə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 3 gün davam edəcək tədbir "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Forumda Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asmaa Resmouki, eləcə də Avropa və Asiya ölkələrinin maliyyə qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər, eləcə də Azərbaycanın nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai qurumlarının nümayəndələri, ölkədə maliyyə, uçotu və audit sahəsində çalışan 400 nəfərə yaxın mütəxəssis iştirak edir.

Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Memorandumlarının imzalanması nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax