Operativ Məlumat Mərkəzi

Bakıda mikroavtobus qatarla toqquşub, xəsarət alan var

2 dəq
Paylaş:
Bakıda mikroavtobus qatarla toqquşub, xəsarət alan var

“Bu gün saat 02:30-da ADY-yə məxsus Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dəmir Yolları QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.

“ADY vasitələri sürücülərini “ haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər təkcə 100 AZN məbləğində cərimələnmir, həm də özlərinin və sərnişinlərin həyatını riskə atırlar”, -deyə məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax