Operativ Məlumat Mərkəzi

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb

2 dəq
Paylaş:
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb

İyul-avqust aylarında Bakıda keçiriləcək üzrə Dünya ilə bağlı müqavilə imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open 2023” Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.

M.Məmmədov 2023-cü ildə Azərbaycanda başqa şahmat yarışlarının ediləcəyini də əlavə edib.

Federasiya rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023”də 600-dən çox iştirakçı çıxış edir: “Bir çox seksiyalarda şahmatçılar yarışa başlayıblar. Həm uşaqlar, həm gənclər, həm də 2600-2700 reytinqinə malik püxtələşmiş qrossmeysterlər, o cümlədən, veteranlar mübarizə aparırlar. Bu, Azərbaycan Şahmat Federasiyasının yubiley ili çərçivəsində təşkil etdiyi silsilə tədbirlərdən biridir”.

Qeyd edək ki, “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 23 ölkənin təmsilçisi yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax