Operativ Məlumat Mərkəzi

Bakıda “Kalaşnikov” avtomatı gizlədən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda “Kalaşnikov” avtomatı gizlədən şəxs saxlanılıb

Bakının Suraxanı rayonunda qanunsuz “” avtomatı gizlədən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

Əvvəllər məhkum olunmuş Camal tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax