Operativ Məlumat Mərkəzi

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir

1 dəq
Paylaş:
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir

Bakıda İslam Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin sessiyası keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sessiya "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.

Tamhüquqlu təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin olduğu nəzərə alınaraq tədbiri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.

Nazir bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən İlham Əliyev qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax