İraq-Azərbaycan əlaqələri - ŞƏRH

İraq-Azərbaycan əlaqələri - ŞƏRH
22.11.2023 11:09
Aa
dəq

İraq Azərbaycan üçün vacib ölkələrdən biridir. Çünki nəzərə almaq lazımdır ki, İraqın yerləşdiyi region, eyni zamanda daim çətin geostrateji xarici imperialist dairələr tərəfindən hədəfə alınmaqdadır. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Həmçinin İraqın hər zaman Qərb imperialistləri tərəfindən Azərbaycan kimi yanlış dəyərləndirilməsi,ikili standartlara məruz qalması tendeniyasını müşahidə etmişik. 

Bu gün İraq kifayət qədər sabitliyə nail olmuş bir ölkədir. Özəlliklə baş verən fəlakətlər, İraqı dağıtmağa çalışan qüvvələrin məkirli planlarıyla belə İraqda hazırda çox güclü ictimai-siyasi sabitlik formalaşıb. Bütün bu ictimai-siyasi sabitlik fonunda İraq həm də özünün iqtisadi potensialı və təbii sərvətləri ilə təkcə öz regionu üçün deyil, kənar regionlardakı ölkələr üçün də yeni bir bazar və  istinadgah nöqtəsi kimi kifayət qədər böyük əhəmiyyətə malikdir. 

Azərbaycan Prezidenti İlham Əliyevin bu baxımdan İraqla kifayət qədər yüksək səviyyədə münasibətləri var. Daha əvvəl də İraq, Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə görüşlər keçirilib. İndi İraq prezidenti ölkəmizə səfər edir və belə həssas regionda ictimai-siyasi sabitlik qazanaraq öz iqtisadi inkişafını ən yüksək səviyyəyə çatdıran İraq kimi vacib bir ölkə ilə əlaqələrimiz bizim bundan sonrakı inkişafımız üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan-İraq əlaqələri özəlliklə iqtisadi enerji sahələrində daha da inkişaf edəcək.
 

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu