Operativ Məlumat Mərkəzi

Bakıda işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb

1 dəq
Paylaş:
Bakıda işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb

Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində işıqforda yaranan aradan qaldırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Mərkəzə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib.

“Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır. Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər”, - NİİM-dən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax