Operativ Məlumat Mərkəzi

Bakıda iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Bakıda iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb

Bakının rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın heroin aşkar edilib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər.

Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Bu şəxslər barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax