Operativ Məlumat Mərkəzi

Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var

1 dəq
Paylaş:
Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində bir nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax