Əsas məzmuna keç

Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var

Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var

məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində bir nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…