Operativ Məlumat Mərkəzi

Bakıda fəhlənin ölümü ilə bağlı cinayət işi başladılıb

2 dəq
Paylaş:
Bakıda fəhlənin ölümü ilə bağlı cinayət işi başladılıb

Bakıda hündürlükdən ölüb, başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon ̆una məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax