Əsas məzmuna keç

Bakıda avtomobillərə qəsdən zərər yetirən şəxs tutuldu

Bakıda avtomobillərə qəsdən zərər yetirən şəxs tutuldu

Bakıda əmlakı qəsdən məhv etmə faktı aşkarlanıb. DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, fevralın 19-da saat 18 radələrində...

Bakıda qəsdən məhv etmə faktı aşkarlanıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, fevralın 19-da saat 18 radələrində rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev olunaraq saxlanılıb.

Araşdırmalarla onun həmin gün eyni küçədə “Mercedes”, “Ford”, “Hyundai”, və “KİA” markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…