Bakıda avtomobillərə qəsdən zərər yetirən şəxs tutuldu

Bakıda avtomobillərə qəsdən zərər yetirən şəxs tutuldu
21.02.2023 10:17
Aa
dəq

Bakıda əmlakı qəsdən məhv etmə faktı aşkarlanıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun həmin gün eyni küçədə “Mercedes”, “Ford”, “Hyundai”, və “KİA” markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu