Operativ Məlumat Mərkəzi

Bakıda avtomat satmaq istəyən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Bakının Suraxanı rayonunda “” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi olan heroin aşkar edilib. Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisində qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı silah da aşkar edilərək götürülüb. Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 33-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax