Operativ Məlumat Mərkəzi

Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək

2 dəq
Paylaş:
Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək

ölkələrindən olan yüzlərlə ravvin noyabrın 12-dən 15-dək Bakıda Avropa ravvinlərinin iki ildən bir keçirilən konfransında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “Jewish News Syndicate”ə istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək konfransda 500-ə yaxın avropalı ravvinin iştirakı gözlənilir.

yəhudi xalqı üçün xüsusi ölkədir və dünyada ən nadir yəhudi icmalarından biri məhz burada yaşayır”, - bu ilin əvvəlində Azərbaycanda səfərdə olan və İlham Əliyev tərəfindən qəbul edilən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinhas Qoldşmit bildirib.

Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq.

Avropalı ravvinlər həmçinin dağ yəhudilərinin böyük icmasının boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək.

Nəşrin məlumatına görə, bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycan və yəhudi xalqları arasında sıx əlaqələrdən irəli gələn misilsiz strateji tərəfdaşlığın təzahürüdür. Tədbir də İsraillə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi fonunda təşkil olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax