Operativ Məlumat Mərkəzi

Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

1 dəq
Paylaş:
Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü -qərb küləyi əsir, çovğun müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında 3 dərəcə qeydə alınır ki, bu da iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.

Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax