Operativ Məlumat Mərkəzi

Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

2 dəq
Paylaş:
Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

İnkişaf və Nazirliyi yanında "Radio Televiziya və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırlaşır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan bildirilib.

Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək.

"Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarına və SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax