Operativ Məlumat Mərkəzi

Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

1 dəq
Paylaş:
Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

Bakı-Quba- ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol- hadisəsi baş verib və iki nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHNA) məlumat yayıb. Hadisə yerinə FHN-in Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Qəzada “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü İlham Yaqub oğlu və sərnişini 1983-cü il təvəllüdlü Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax