Operativ Məlumat Mərkəzi

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürülüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb. Bu...

şəhəri, Bakı-Quba- Federasiyası ilə dövlət sərhədi yolunun kənarında 1,5 ha sahədə və təkər tullantıları yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax