Operativ Məlumat Mərkəzi

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2 dəq
Paylaş:
Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

Noyabrın 28-də "Bakı Metropoliteni" QSC Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “” Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və metronun paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da tədbirlər nəzərdə tutulacaq.

gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.

Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax