Əsas məzmuna keç

Bakı metrosunda sərnişin qatar yoluna düşüb öldü

Bakı metrosunda sərnişin qatar yoluna düşüb öldü

bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə...

ru

Bu gün saat 20:00 radələrində “” stansiyasında sərnişin stansiya yoluna düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək çıxarılıb və təcili tibbi yardım əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yaranıb. Məlumat yenilənəcək.

***

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb:

“Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün planı həyata keçirilib.

Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Yaşıl və Qırmızı xətlər üzrə hərəkət qrafikində yaranmış qısamüddətli yubanmalar aradan qaldırılıb, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…