Operativ Məlumat Mərkəzi

Bakı metrosu sabah gecə saat 01:00-a qədər işləyəcək

2 dəq
Paylaş:
Bakı metrosu sabah gecə saat 01:00-a qədər işləyəcək

Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu" MMC-nin ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

“Gənclik” stansiyasının yaxınlığında Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax