Əsas məzmuna keç

Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti...

Bakı şəhərinin müəssisələrində və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.

O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək.

N.Hüseynova söyləyib ki, bundan başqa, valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq:

"Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən sistemin qurulması əsas hədəflərimizdəndir".

O bildirib ki, bu, müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…