Operativ Məlumat Mərkəzi

Bakı ilə Naxçıvan arasında uçuş biletləri yalnız onlayn satılacaq

2 dəq
Paylaş:
Bakı ilə Naxçıvan arasında uçuş biletləri yalnız onlayn satılacaq

AZAL Bakı ilə arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yaxın zamanlarda biletləri yalnız şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Qeyd olunub ki, bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və edəcək.

Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.

Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax