Operativ Məlumat Mərkəzi

Bakı dairəvi yolunda yük maşını aşıb

1 dəq
Paylaş:
Bakı dairəvi yolunda yük maşını aşıb

Bakı yolunda yük maşını aşıb, xəsarət var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsindən (DYP) məlumat verilib.

Belə ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Nəsir Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda vasitələrinin hərəkəti bərpa olunub, zəruri tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax