Əsas məzmuna keç

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftəsonu əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftəsonu əlavə qatar reysləri təyin edilib

Sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 7 və 8-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" " Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Mərkəzindən əldə etmək mümkündür”, - məlumatda qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…