Operativ Məlumat Mərkəzi

“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

2 dəq
Paylaş:
“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

Parklanma yerlərində vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu funksiya sayəsində mobil cihazda paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.

Yenilik hazırda bütün mobil operatorlarının abunəçiləri üçün aktivdir. Mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.

Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax