Operativ Məlumat Mərkəzi

Azərbaycanlı zəvvarların Həccdən qayıdacağı tarix açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanlı zəvvarların Həccdən qayıdacağı tarix açıqlanıb

Azərbaycanlı zəvvarların ilk Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11.00-12.00 radələrində Bakıya çatacaq.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangirli deyib.

O bildirib ki, qayıdış iyulun 11-dək davam edəcək: “Əksər artıq Məkkədə vacib Həcc əməllərini yerinə yetiriblər. Bəzi qruplar da son əməlləri Kəbədə icra edirlər. Ayinlərini bitirən zəvvarlar ara-sıra Kəbə evinə düşüb oranı edərək dualar edir, namazlarını qılırlar”.

müdirinin sözlərinə görə, ilk 8 qrup sabahdan Mədinə şəhərinə yola düşəcək: “İyulun 2-dən 5-ə qədər orada olacaqlar. Həmin müddətdə Mədinənin gəzməli-görməli dini-tarixi yerləri ziyarət olunacaq”.

Zəvvarların səhhətinə gəlinə, V.Cahangiri əlavə edib ki, hər şey qaydasındadır, səhhətində problem olan yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax