Əsas məzmuna keç

Azərbaycanlı şagirdlər Fransada keçirilən olimpiadada yüksək nəticə göstərib

Azərbaycanlı şagirdlər Fransada keçirilən olimpiadada yüksək nəticə göstərib

olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb.  Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər 9 qızıl, 23 gümüş, 7...

Fransanın paytaxtı Parisdə STEM proqramı çərçivəsində keçirilən STEM Olimpiadasında Azərbaycanı təmsil edən 16 bütün fənlər üzrə yüksək nəticə göstəriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb.

Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı 9 qızıl, 23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medala laiq görülüb.

Qeyd edək ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada - Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin, gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…