Əsas məzmuna keç

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

hərbiçiləri "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi çərçivəsində əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli Planı”na əsasən keçirilir.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…