Operativ Məlumat Mərkəzi

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

2 dəq
Paylaş:
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Ruzanna Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl qazanıb.

Güləş Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 59 çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.

Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.

Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.

Fatimə İsayeva (68 kiloqram) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax