Operativ Məlumat Mərkəzi

Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb

2 dəq
Paylaş:
Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb
bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Nümayəndəlikdə faciəvi qəzada həlak olan 38 nəfərin xatirəsinə 26-27 dekabr...

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində olan şəxslərlə əlaqədar Azərbaycanın -dakı Nümayəndəliyində xatirə açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Nümayəndəlikdə faciəvi qəzada həlak olan 38 nəfərin xatirəsinə 26-27 dekabr tarixlərində səhər saat 10:00-dan 15:00-a qədər xatirə kitabı açıq olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax