Əsas məzmuna keç

Azərbaycanın HDQ komandanının ABŞ səfəri davam edir

Azərbaycanın HDQ komandanının ABŞ səfəri davam edir

ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Dəniz Gücü Simpoziumu davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Simpozium çərçivəsində HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyənin HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və ABŞ-ın HDQ komandanı Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…