Əsas məzmuna keç

Azərbaycanın elm və təhsil naziri Gürcüstana gedib

Azərbaycanın elm və təhsil naziri Gürcüstana gedib

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi Gürcüstanda səfərdədir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Daha sonra ilə Giorgi Amilaxvari arasında görüş keçirilib. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edib.

Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib.

Görüşün sonunda ADA Universiteti ilə ayrı-ayrılıqda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…