Operativ Məlumat Mərkəzi

Azərbaycanın bank sektorunun 17 milyard manat likvid aktivləri var

1 dəq
Paylaş:
Azərbaycanın bank sektorunun 17 milyard manat likvid aktivləri var

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 17,2 milyard manat olmaqla sektorun aktivlərinin 36,6 %-ni edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, sektorun ani əmsalı 59,9 % təşkil etməklə (30%) 2 dəfəyə yaxın üstələyib.

Likvid aktivlərin 54 %-i (5,4 milyard ABŞ dolları) xarici valyutada olub.

Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 29 %-i (5 milyard manat), dövlət qiymətli kağızlarında 31%-i (5,4 milyard manat), Mərkəzi Bankındakı müxbir hesablarda 29 %-i (4,9 milyard manat) və nağd vəsaitlərdə 11%-i (2 milyard manat).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax