Operativ Məlumat Mərkəzi

Azərbaycanı "Avroviziya-2024" o təmsil edəcək

2 dəq
Paylaş:
Azərbaycanı "Avroviziya-2024" o təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2024" mahnı müsabiqəsində Azərbaycanı edəcək iştirakçının adını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu il ölkəmizi İsveçin Malmö şəhərində - Fəxri İsmayılov təmsil edəcək.

Xatırladaq ki, bu il seçim prosesi 2 əsas mərhələdən olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində bu il 1-ci yarımfinalda çıxış edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Yerli şou-biznes

Hamısına bax