Operativ Məlumat Mərkəzi

Azərbaycandakı hərbi attaşelər Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb

2 dəq
Paylaş:
Azərbaycandakı hərbi attaşelər Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Hərbi İdarəsində Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı xüsusi vurğulanıb.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax