Operativ Məlumat Mərkəzi

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, zəlzələ nəticəsində hər hansı və ya insan xəsarəti barədə bu FHN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.

***

Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Zəngəzurda hiss olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax