Operativ Məlumat Mərkəzi

Azərbaycanda zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

1 dəq
Paylaş:
Azərbaycanda zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

Bu gün baş zəlzələ nəticəsində Azərbaycandakı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, agentliyin mütəxəssisləri yol infrastrukturuna keçirib, süni qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Prosesin günün sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra AAYDA-nın müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax