Operativ Məlumat Mərkəzi

Azərbaycanda yeni Rəqəmsal Ödənişlər Strategiyası hazırlanır

2 dəq
Paylaş:
Azərbaycanda yeni Rəqəmsal Ödənişlər Strategiyası hazırlanır

Mərkəzi Bankı (AMB) qarşıdakı 3 ili əhatə edəcək yeni Strategiyası hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.

"Bu sənədi biz bir neçə qurumla birlikdə hazırlayırıq. Stratefiya 5 əsas hissədən ibarət olacaq", - deyə o qeyd edib.

"Azərbaycanın maliyyə sektorunda görülən işlər nəticəsində rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 %-ə çatıb. Son 1 ildə ölkədə internet bankçılığı 8 dəfə, mobil ödənişlər isə 40 dəfə artıb. Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi ilə finteklərin fəaliyyəti daha da asanlaşacaq və nəticədə onların da əməliyyatlarına cəlb edilməsinə yaradacaq. Biz elə bir dövrdə yaşayırıq ki, rəqəmsal transformasiya prosesi gedir. Bu isə dövlət, özəl və ictimai sektorunn əməkdaşlığını tələb edir", - deyə AMB rəsmisi əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax