Operativ Məlumat Mərkəzi

Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

2 dəq
Paylaş:
Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycanda üzərinə həbs əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını təsdiqləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin hüquqlarının qorunmasına xidmət edir.

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsinə dəyişiklik təklif olunur.

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax