Operativ Məlumat Mərkəzi

Azərbaycanda un bahalaşdı

1 dəq
Paylaş:
Azərbaycanda un bahalaşdı

Fevralın 10-na Azərbaycandakı un istehsalçılarının məntəqələrində 50 kq-lıq un kisəsinin satış 27-28,2 manat, o cümlədən Bakı şəhəri və rayonunda 26,9-27,3 manat civarında dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 27,1 manat olmaqla Sumqayıt şəhərində, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-na topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,8-27,2 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax