Operativ Məlumat Mərkəzi

Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək

2 dəq
Paylaş:
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd...

Azərbaycanın "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"sının gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyasət şöbəsinin müdir müavini Rafiq “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, strategiya hökumətə təqdim edilib: “Belə ki, strategiya su ehtiyatlarının idarə edilməsi ilə bağlı yanaşmasının tətbiq edilməsi və ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının, eləcə də su təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Milli Strategiya qısamüddətli (6 il), ortamüddətli (6-12 il) və uzunmüddətli (12-18 il) məqsədlərin həyata keçirilməsini nəzərdə tutur”.

R. Verdiyev qeyd edib ki, strategiyanın tətbiqi ilə ölkənin su sektorunda təşkilatı və tənzimləyici çərçivə gücləndiriləcək: “Həmçinin, su obyektlərinin ekoloji statusunu müəyyən etmək üçün monitorinq inkişaf etdiriləcək, yerüstü və yeraltı sular (o cümlədən termal və mineral suların öyrənilməsi və idarə edilməsi də daxil olmaqla) üçün yaradılacaq, içməli su təchizatının yaxşılaşdırılması və tullantı suların təmizlənməsi sistemi təkmilləşdiriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax